Bakı
Web development (Veb proqramlaşdırma)Mən Valeh Mehərəmov, 20 yaşım var və gənc yaşlarıma baxmayaraq bir neçə istiqamətdə real iş təcrübəsi qazanmışam. Əsas fəaliyyətim .NET üzərindədir və ASP.NET Core, Web API, MVC, C#, SQL Server, JavaScript və React.js ilə işləyirəm.
İşlərim arasında Akınsoft Wolvox ERP proqramı üçün mürəkkəb SQL sorğuları yazmaq və şirkətin ehtiyaclarına uyğun xüsusi hesabatlar hazırlamaq var. Satış analizləri, malların hərəkəti üzrə detallı hesabatlar, xüsusi göstəricilər əsasında qurulmuş dashboard-lar hazırlayaraq şirkətlərdə analitik imkanların gücləndirilməsinə töhfə vermişəm.
SignalR ilə real vaxt rejimində işləyən canlı chat sistemi yaratmışam. Eyni zamanda müxtəlif saytlar yazmış, onları uğurla serverlərdə yerləşdirmiş və Windows Server mühitlərini konfiqurasiya etmişəm. SQL sorğularının optimallaşdırılması, məlumat bazalarının idarə olunması və performansın artırılması da gündəlik işlərim arasında olub.
Best Beef şirkətində ERP sistemi ilə inteqrasiya olunan ASP.NET Core tətbiqi hazırlamışam. Bu tətbiq real-time data, canlı dashboard-lar və biznes şöbələrinin ehtiyaclarına uyğun hesabatlarla təmin edirdi. Bununla yanaşı, sistem analizi, proseslərin optimallaşdırılması və rəqəmsal transformasiya layihələrində də iştirak etmişəm.
Mikroservis memarlığı və Onion Architecture ilə tanışam və real layihələrdə tətbiq etmişəm. Bu yanaşmalarla daha etibarlı və genişlənə bilən sistemlər qurmağa çalışıram.
Təhsilimi Baki Biznes Universitetində davam etdirirəm, eyni zamanda Code Academy-də Software Development üzrə Honour dərəcəsi ilə məzun olmuşam. Bundan əlavə, Coders Azerbaijan vasitəsilə CS50x kursunu da uğurla bitirmişəm.
Məqsədim daim öz bacarıqlarımı inkişaf etdirmək, yeni texnologiyalar öyrənmək və həm yerli, həm də beynəlxalq layihələrdə dəyər qatmaqdır.
Akınsoft Wolvox Erp programı üçün özəl xüsusi struktura uyğun raportlar hazırladım ERP sistemi üzrə biliklərimi çox yüksək səviyyələrə çatdırdım. Hal hazırda remote olaraq çalışıram
Windows Server üzərində clientlara nəzarət və Erp sistemi üzərində taskları yerinə yetirirəm Hal hazırda remote olaraq çalışıram
Bu sertifikat C# proqramlaşdırma dilinin əsaslarına dair fundamental biliklərimi təsdiqləyir. Təlim müddətində dəyişənlər, verilənlər tipləri, metodlar, obyekt yönümlü proqramlaşdırma prinsipləri, səhv emalı və sadə tətbiqetmələrin hazırlanması kimi mövzuları mənimsəmişəm. Sertifikat, .NET ekosistemində daha irəli səviyyəli proqramlaşdırma bacarıqları üçün möhkəm baza yaratdığımı göstərir.
Əsas Kompetensiyalar: Oracle Cloud Infrastructure-da məlumat bazalarının yaradılması və idarə edilməsi Korporativ səviyyədə məlumat təhlükəsizliyi tədbirlərinin tətbiq edilməsi Yüksək performanslı məlumat anbarlarının dizaynı və strukturlaşdırılması Real-vaxt məlumat emalı və analitika həllərinin qurulması Avtomatlaşdırılmış backup və recovery proseslərinin təşkil edilməsi Praktiki Nəticələr: Şirkət məlumatlarının 99.9% əlçatanlığının təmin edilməsi Məlumat bazası performansının 40%-ə qədər artırılması bacarığı Bulud mühitində cost-effective məlumat idarəetmə strategiyalarının həyata keçirilməsi Enterprise səviyyəli data governance standartlarının tətbiq edilməsi
Coders Azərbaycanın təşkilatcılığı ilə qatıldığım layihəni uğurla tamamladım və bu sertifikata nail oldum