Adım Afaqdır, 25 yaşım var. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışam. Hal-hazırda işləyirəm və iş təcrübəm zamanı datalarla işləməyə, verilənlərin analizinə və vizuallaşdırılmasına böyük marağımın olduğunu kəşf etmişəm. Bu marağımı peşəkar bacarığa çevirmək üçün Handex kursunun 5 aylıq “Data Analitika” təliminə qoşulmuşam. Məqsədim bu sahədə davamlı inkişaf etmək, öyrəndiklərimi praktikada tətbiq edərək özümə, komandama və şirkətimə dəyər qatmaqdır. Əminəm ki, motivasiyam, öyrənmək həvəsim və analitik düşüncə tərzim mənə verilən tapşırıqları yüksək məsuliyyətlə və dəqiqliklə yerinə yetirməyə imkan verəcək.
Ümid edirəm ki, müraciətim müsbət qarşılanacaq. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Bakalavr təhsil müddətində Code Academy kursunun təşkil etdiyi 5 aylıq "Autocad və Solidworks" proqramları üzrə tam təqaüd qazanmışam və kursu nailiyyətlə bitirmişəm.
- Gündəlik hesabat və siyahıların alınması, rəhbərliyə təqdim olunması; - Şirkət daxilində sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və düzgün idarə edilməsi; - Sənəd məlumatlarının qeydiyyatını aparmaq, məlumat bazasının yenilənməsi və s.