Bakı
Maliyyə və mühasibatlıqMühasibat işlərinizi mənə etibar edin! 📊
Vergi uçotu: Sadələşdirilmiş, Gəlir, Mənfəət, ƏDV və Aksiz bəyannamələrinin tərtib edilməsi.
Dövlət portalları ilə iş: e-taxes.gov.az, e-sosial.az, e-stat.stat.gov.az, isb.az portallarından peşəkar istifadə.
Kadr uçotu: Əmək müqavilələrinin bağlanması, xitam verilməsi, əmək kitabçalarının yazılması və elektron sistemdə qeydiyyatı.
Əmək haqqı və digər ödənişlər: Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyə xərclərinin AR Əmək Məcəlləsinə uyğun hesablanması.
Bank və xəzinə əməliyyatları: İnternet-bankçılıq vasitəsilə köçürmələrin edilməsi, konvertasiya əməliyyatları, kassa kitabının aparılması.
E-qaimə fəaliyyəti: Elektron qaimə-fakturaların göndərilməsi, daxil olan qaimələrin yoxlanılması və təsdiqi.
İnventarizasiya: Anbar uçotunun aparılması və qalıqların yoxlanılması.
1C Mühasibatlıq: 1C 8.3 – Uçotun sıfırdan qurulması və idarə edilməsi.
MS Excel: – Mürəkkəb cədvəllərin, hesabatların və diaqramların hazırlanması (VLOOKUP, Pivot Table və s.).
BTP (Bəyannamə Tərtibatı Proqramı): Bəyannamələrin paketlənməsi və göndərilməsi.
Dəqiqlik və məsuliyyət: Rəqəmlərlə işləyərkən yüksək diqqət.
Konfidensiallıq: Müştərinin maliyyə məlumatlarının tam məxfi saxlanılması.
Vaxtın idarə olunması: Hesabatların son tarixdən (deadline) öncə təqdim edilməsi.
Analitik düşüncə: Xərclərin optimallaşdırılması və vergi risklərinin öncədən müəyyən edilməsi.
Azərbaycan Mühasiblər Məktəbi - Mühasibat uçotu və 1C. (94%) Fərqlənmə