Əsgərov Faiq

ekolog

Mənim haqqımda

Hörmətli işəgötürən,

Ekoloq (Sahə üzrə) vəzifəsinə müraciət etmək üçün Sizə yazıram. Mən fizika ixtisası üzrə ali təhsilə malikəm və açıq sahədə işləməyə, ekoloji monitorinq və təbiətin qorunması sahəsində fəaliyyət göstərməyə böyük marağım var.

Fizika təhsilim mənə analitik düşünmə, məlumatların dəqiq təhlili, ölçmə və monitorinq avadanlıqları ilə işləmə bacarığı qazandırıb. 5 il Dendrologiya İnstitutunda Beynəlxalq Əlaqələr Üzrə Baş Mütəxəssiz vəzifəsində çalışmışam. Sahə şəraitində ölçmə aparmaq, məlumat toplamaq, nəticələri sistemləşdirmək və hesabat hazırlamaq sahəsində özümü inkişaf etdirməyə hazıram. Texniki cihazlarla işləmək, sensor və ölçmə sistemlərini anlamaq və tətbiq etmək bacarığım ekoloji nəzarət və monitorinq işlərində faydalı ola bilər. 

Sahədə işləməyə fiziki və psixoloji cəhətdən hazıram. Komanda ilə işləmə bacarığım var və məsuliyyətli, intizamlı və diqqətli yanaşma nümayiş etdirirəm. Təbiətin qorunması, biomüxtəlifliyin saxlanılması və ekoloji təhlükəsizlik məsələləri mənim üçün önəmlidir və bu istiqamətdə uzunmüddətli fəaliyyət göstərmək istəyirəm.

Əlavə olaraq, yeni sahə biliklərini sürətlə mənimsəmək, ekoloji normativ sənədlərlə işləmək və layihə çərçivəsində monitorinq prosesində aktiv iştirak etmək üçün motivasiyalıyam.

Müraciətimin nəzərdən keçirilməsinə görə təşəkkür edirəm. Müsahibə üçün dəvət olunacağım təqdirdə öz bacarıq və motivasiyamı daha ətraflı təqdim etməkdən məmnun olaram.

Hörmətlə,
Əsgərov Faiq

Dil bilikləriniz

İngilis — C1 — Yaxşı
Rus — C2 — Səlis

Təhsil

İş təcrübəsi

  • Seçim edin 01.2020 - 03.2025

    Baş Mütəxəssiz

    Elmi məqalələri tərcümə və redaktə edib, xarici elmi jurnallara yerləşdirmişəm. Elmi konfransların təşkilində kömək etmişəm. Elmi tədqiqatlarda iştitak etmişəm.

Nailiyyətiniz və mükafatlarınız

  • C-MHC 301 2023

    Mental and Behavioral Health Disorders

  • English 2014

    Advanced Conversational

  • Diplom 1998

    Fiziki Elektronika

Biliklərim

Ofis proqramları

90%

Sürücülük B

90%
Telegram kanalımız