Müştəri xidmətləri və ofis idarəçiliyi sahəsində təcrübəyə malik, məsuliyyətli və nəticəyönümlü mütəxəssisəm.
Apar şirkətində müştəri xidmətləri mütəxəssisi kimi telefon, e-poçt və canlı çat vasitəsilə daxil olan müraciətlərin cavablandırılması, müştəri problemlərinin operativ həlli və xidmət keyfiyyətinin təmin olunması sahəsində təcrübə qazanmışam. Golden Fitness-də ofis meneceri vəzifəsində isə gündəlik iş proseslərinin koordinasiyası, sənədləşmə işləri və müştəri münasibətlərinin idarə olunmasını həyata keçirmişəm.
Intercom, Meta Business Suite və Atom Mobility kimi platformalarla işləmə bacarığım var. Atom Mobility platforması vasitəsilə mikromobillik və icarə proseslərinin idarə olunması, istifadəçi müraciətlərinin izlənməsi və əməliyyatların koordinasiyası sahəsində praktiki təcrübəyə sahibəm. Eyni zamanda MS Office və CRM sistemlərindən gündəlik iş proseslərində effektiv şəkildə istifadə edirəm.
Güclü ünsiyyət bacarığı, empatiya, detallara diqqət və tez uyğunlaşma qabiliyyəti mənim əsas üstünlüklərimdəndir. Daim öyrənməyə və peşəkar inkişafıma önəm verirəm.
● Müştərilərin qarşılanması, məlumatlandırılması və xidmətlər barədə dolğun məlumatın verilməsi, eləcə də müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması ● Gündəlik sənədləşmə işlərinin (müqavilələr, qəbzlər, üzvlük qeydiyyatları, müraciət formaları) icrası ● Fitnes mərkəzinin müxtəlif şöbələri (məşqçilər, satış, inzibati komanda) ilə koordinasiyalı əməkdaşlıq edərək daxili kommunikasiyanın səmərəli qurulması ● Gələn zənglərin, e-poçtların və sorğuların cavablandırılması, həmçinin m
● Intercom üzərindən gündəlik daxil olan 150-250+ müştəri sorğusunun idarə edilməsi, hər bir müraciət üzrə operativ, dəqiq və həll yönümlü cavabların təqdim olunması ● Meta platformaları (Facebook & Instagram) üzrə bütün müştəri rəylərinin, mesajlarının və şərhlərinin fasiləsiz monitorinqi, vaxtında cavablandırılması və brend kommunikasiya standartlarına uyğun şəkildə idarə olunması ● Support e-mail xəttinə daxil olan müraciətlərin sistemli şəkildə kateqoriyalaşdırılması, prioritetləşdirilmə