Sevinc Əliyeva

Bakı

Analitik

Mənim haqqımda

Mən, Sevinc Əliyeva, bakalavr və magistr təhsilimi İnformasiya Texnologiyaları istiqaməti üzrə tamamlamışam və hazırda sığorta sahəsində underwriting istiqaməti üzrə fəaliyyət göstərirəm. İş fəaliyyətim çərçivəsində risklərin qiymətləndirilməsi, məlumatların təhlili, hesabatların hazırlanması, sənədlərlə işləmək və müxtəlif korporativ proseslərin koordinasiyasında iştirak edirəm. Bu müddətdə analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik və strukturlaşdırılmış işləmə bacarıqlarımı inkişaf etdirmişəm.

Texnologiya, data analitikası və biznes proseslərinin təhlili sahələrinə xüsusi maraq göstərirəm. Gələcək karyera məqsədim data analitikası, biznes analitikası və rəqəmsal transformasiya istiqamətində inkişaf etməkdir. Bu istiqamətdə data analitikası üzrə müxtəlif təlimlərdə iştirak etmiş, Excel biliklərimi inkişaf etdirmiş və SQL, Power BI kimi alətlər üzrə öyrənməyə davam etmişəm. Məlumatların strukturlaşdırılması, analiz olunması, hesabatların hazırlanması və nəticələrin təqdim edilməsi maraq göstərdiyim əsas sahələrdəndir.

Eyni zamanda Erasmus+ beynəlxalq layihələrində iştirak etmişəm. Bu təcrübə mənə beynəlxalq mühitdə işləmək, komanda işi, təqdimat, kommunikasiya və problem həll etmə bacarıqlarımı inkişaf etdirmək imkanı qazandırıb. Dinamik mühitə uyğunlaşmaq, yeni bilik və bacarıqları tez mənimsəmək və fərqli insanlarla effektiv əməkdaşlıq etmək mənim güclü tərəflərimdəndir.

Özümü məsuliyyətli, inkişaf yönümlü, analitik düşüncəli və yeni çağırışlara açıq biri hesab edirəm. Korporativ və innovativ mühitdə çalışaraq həm peşəkar, həm də şəxsi inkişafımı davam etdirmək və biliklərimlə şirkətə dəyər qatmaq əsas hədəflərimdəndir.

Dil bilikləriniz

İngilis — B1 — Orta
Türk — C1 — Yaxşı
Azərbaycan — C2 — Səlis

Təhsil

İş təcrübəsi

Telegram kanalımız