İnvestisiyalar üzrə hüquq məsləhətçisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fondun investisiya fəaliyyətinin bütün istiqamətləri üzrə hüquqi dəstəyin göstərilməsi, o cümlədən:
  • İnvestisiya fəaliyyəti ilə bağlı sənədlərin (məs., investisiya edilən fondların pay sahibləri arasında müqavilə və digər təsis sənədləri, birgə fəaliyyət haqqında müqavilə, İSDA və törəmə maliyyə alətlərinə aid sənədlər, niyyət məktubları və s.) nəzərdən keçirilməsi və bununla əlaqədar rəyin bildirilməsi;
  • Hüquqi ekspertizanın (due diligence) keçirilməsinə dəstək edilməsi;
  • Müvafiq sənədlərin hazırlanması;
  • ARDNF-nin investisiya aid struktur bölmələrinin hüquqi və tənzimləyici məsələlərə dair sorğularının cavablandırılması;
  • ARDNF-ın törəmə müəssisələrinə aid korporativ sənədlərin nəzərdən keçirilməsi, tərtib və zəruri dəyişikliklərin edilməsi, müqavilələrin (o cümlədən, məlumatların açıqlanmaması/konfidensialıq) nəzərdən keçirilməsi və şərhlərin bildirilməsi;
  • ARDNF-nin investisiya və investisiyalarda əməliyyatlar ilə bağlı fəaliyyətini tənzimləyən siyasət və prosedurların hazırlanmasında baş hüquq məsləhətçiyə yardım edilməsi;
  • ARDNF-nin daxili sənədləri ilə bağlı, o cümlədən onlara edilən əlavə və dəyişikliklərə hüquqi rəyin verilməsi (investisiyalarda əməliyyatlar nəzərindən);
  • İnvestisiyalarda əməliyyatlar ilə bağlı ARDNF-nin digər struktur bölmələrinin hüquqi sorğularının cavablandırılması;
  • Sənədlərin və digər hüquqi mənbələrin yerləşdirilməsi və saxlanılması;
  • Departamentin direktor müavininin tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər tədbirlərin/funksiyaların həyata keçirilməsində iştirak.

Xüsusi tələblər

  • Ali hüquq təhsili mütləqdir. Kommersiya, investisiya, maliyyə və ya korporativ hüquq sahəsində magistr təhsili arzuolunandır.
  • Hüquq sahəsi üzrə 1-3 il iş təcrübəsi. Oxşar vəzifədə xüsusən investisiya sahəsində iş təcrübəsi arzuolunandır.
  • Müstəqil və vaxt məhdudiyyəti şəraitində işləmək bacarığı;
  • Araşdırma və təhlil qabiliyyəti;
  • Təşəbbüskarlıq;
  • İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız