Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
İnventarlaşdırmada iştirak edilməsi;
Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi;
Tapşırıqların operativ icra edilməsi;
Əmək haqqı: ştat cədvəlinə uyğun;
İş qrafiki: 5 gün, 09:00 – 18:00;
Korporativ nömrə və danışıq balansı;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Xüsusi tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli;
AR Vergi Məcəlləsini bilməli;
Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür;
Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.