SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilmək;
Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan düzgün istifadə etmək;
Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə” xəbər vermək;
Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq qurğular üzrə fəaliyyət göstərmək;
İşlədiyi struktur bölmələrdə bütün Fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək;
İşlə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi;
Xüsusi tələblər
Orta ixtisas təhsilli (Mexanika ixtisaslı);
Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;