Təlim və inkişaf fəaliyyətlərinin səmərəliliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi.
Təlim proqramlarının keyfiyyətinə dair monitorinq mexanizmlərinin hazırlanması və tətbiqi, illik nəticələrin təhlil edilməsi.
Təlim və inkişaf proseslərində əsas performans indikatorları (KPI) əsasında strategiyaların hazırlanması və onların həyata keçirilməsi.
Təlimlərdən sonra təşkilatın fəaliyyətinə və əməkdaşların performansına olan real təsirlərin müəyyən olunması və təhlilinin aparılması.
Keçirilən təlim və seminarların məqsədlərə uyğunluğuna nəzarət etmək, onların icra vəziyyətini izləmək və vaxtında hesabat vermək.
Təlimlərin qeydiyyatı, iştirak səviyyəsi, rəy sorğuları və performans nəticələrinin izlənməsi üçün rəqəmsal nəzarət platformalarının tətbiqi və idarə olunması.
Təlimlərdə iştirak edən əməkdaşların fərdi və kollektiv inkişaf nəticələrini izləmək və bu nəticələrə əsasən performans göstəricilərinin müəyyən edilməsi.
Təlimçi performansının rəy formaları və nəticələr əsasında qiymətləndirilməsi, gələcək əməkdaşlıqlar üçün qərarların verilməsi.
Təlimlərdən sonra əldə olunan nəticələrin qiymətləndirilməsi və uyğun hesabatların hazırlanması.
Peşəkar inkişaf və təlim fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Xüsusi tələblər
Ali təhsil (Magistr təhsili);
Minimum 1 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili arzuolunandır);
Yüksək təşkilatçılıq və təqdimetmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Analitik və tənqidi düşünmək bacarığı;
MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 15.05.2025-ci il saat 18:00