Elektrik işləri üzrə çilingər

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilmək;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlamaq və onlara xidmət etmə;
  • Yüksək və alçaq gərginlikli elektrik açarlarının, paylayıcı qurğuların, transformatorların, Elektrik mühərriklərinin, Dizel Generatorlarının və digər elektrik avadanlıqların işləmə prinsiplərini bilməli, bütün növ elektrik sxemləri, diagramları oxumağı və anlamağı bacarmalı, elektrik avadanlıqlarının təmirini, bərpasını, sınaq-sazlama işlərini yerinə yetirə bilməlidir;
  • Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməlidir.

Xüsusi tələblər

  • Orta ixtisas təhsilli (Elektrik, Elektrotexnika sahəsi);
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

Oxşar vakansiyalar

Telegram kanalımız