Mühasib

Bakı

AS İnşaat-N

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması və ödənilməsi;
  • Vergi, DSMF,Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara  təqdim edilməsi;
  • Kreditor,debitor borclarına nəzarət edilməsi, qarşılıqlı üzləşmələrin aparılması, üzləşmə aktının tərtib olunması;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunun yoxlanılması;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, protokol, hesab-faktura, təhvil-təslim aktları və s.);
  • Elektron qaimələrin yazılması;
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması;
  • Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması;
  • İş rejimi: həftə içi 5 gün;
  • Korporativ nömrə;
  • İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə.

Xüsusi tələblər

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • Mühasibatlığla bağlı yerli qanunvericilik bilikləri;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması təcrübəsi;
  • Elektron portallar ilə işləyə bilmə qabiliyyəti;
  • Azərbaycan dili (əla), ingilis və rus dili arzuolunandır;
  • MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
  • 1C sistemi üzrə biliklər;
  • Stressə dözümlülük.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız