• insan resursları üzrə ümumi strategiyanın hazırlanması və təşkilatın məqsədlərinə uyğun şəkildə həyata keçirilməsi;
• insan resursları üzrə ehtiyacların proqnozlaşdırılması və struktura dair təkliflərin hazırlanması;
• işə qəbul prosesinə rəhbərlik edilməsi;
• yeni işçilərin təşkilata effektiv inteqrasiyasını təmin edən oriyentasiya proqramının hazırlanması və icra edilməsi;
• performans qiymətləndirmə sistemlərinin hazırlanması və tətbiq edilməsi;
• kadrların peşəkar inkişafı və vəzifə ehtiyaclarının planlaşdırılması məqsədilə təlim və inkişaf proqramlarının təşkili.
• təşkilatın maliyyə imkanlarına və əmək bazarının real vəziyyətinə uyğun əməkhaqqı siyasətinin hazırlanması;
• təşkilat daxilində sağlam və müsbət iş mühitinin təşviqi, motivasiya və işçi məmnuniyyəti təşəbbüslərinin icrası
• mübahisə və konfliktlərin idarə olunması, intizam tədbirlərinin həyata keçirilməsi;
• əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi;
• insan resurslarına dair daxili normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi və yenilənməsi;
• şöbəsinin illik büdcəsinin hazırlanması və idarə olunması;
• rəhbərliyə dövri hesabatların təqdim olunması və strategiyaların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
• insan resursları, biznesin idarə olunması, hüquq və ya digər əlaqəli sahə üzrə ali təhsil;
• insan resursları idarə edilməsi üzrə beynəlxalq sertifikat (məsələn, CIPD, SHRM, PMP);
• tibb müəssisəsində insan resursları sahəsində minimum 5 il, o cümlədən ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət bacarıqları;
• “Elektron hökumət” portalı, “Əmək və məşğulluq” altsistemindən (ƏMAS) sərbəst istifadə bacarığı;
• liderlik, idarəetmə, komanda ilə işləmə, təşəbbüskarlıq, təşkilati ünsiyyət, strateji düşünmə bacarıqları;
Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• CV;
• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Müraciət üçün son tarix:10 may 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “İnsan resursları üzrə menecer” yazmaqla göndərməyiniz xahiş olunur.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun
Bakı
Razılaşma yolu ilə