Müəssisə: Baki Gida və Yağ Fabriki
0.25 kW-dan 500 kW-a qədər olan elektrik mühərriklərinin (1-3 fazalı) təmiri, test edilməsi və sazlanması işlərini yerinə yetirmək.
Elektrik panoları, kontaktorlar, avtomatlar, elektrik lövhələri, diodlar, tranzistorlar və digər elektron avadanlıqlarının təmiri, montajı və sazlanması.
Proqramlaşdırıla bilən lojiya kontrollerləri (PLC), sensorlar, klapanlar və digər avtomatlaşdırma avadanlıqlarının təmiri, montajı və əlaqələndirilməsi.
1000V-dan yuxarı gərginlikli yarımstansiyalarda qoşma və açma əməliyyatlarını yerinə yetirmək.
35 kV və 0.4 kV arasında olan elektrik xətlərinin montajı, təmiri və əlaqələndirilməsi, elektrik şəbəkəsi ilə bağlı hər hansı nasazlıqların aradan qaldırılması.
Elektron sensorların (fotosel, çevricilər və s.), təzyiq və temperatur cihazlarının təmiri, montajı və doğru parametrlərlə işləməsinin təmin edilməsi.
Elektrik sistemləri ilə bağlı təhlükəsizlik tədbirlərini görmək, işçi heyətinin təhlükəsizliyini təmin etmək və qəza hallarının qarşısını almaq.
Elektrik kabel xətlərinin, pnevmatik xətlərin və digər avadanlıqların düzgün şəkildə quraşdırılması, əlaqələrinin düzgün yerinə yetirilməsi və işin davamlılığını təmin etmək.
Elektrik qurğularının mühafizəsinin təmin edilməsi, xüsusilə yüksək gərginlikli avadanlıqların qorunması və testlər aparmaq.
Avadanlıq və cihazlarda yaranan nasazlıqları müəyyən etmək, səbəblərini analiz etmək və həll yolları təqdim etmək.
Baş elektrik mühəndisi, avtomatika mütəxəssisi və növbə ustaları ilə sıx əməkdaşlıq etmək, təlimatları yerinə yetirmək və tapşırıqları vaxtında başa çatdırmaq.
Elektrik və elektron avadanlıqlarla iş zamanı hər zaman təhlükəsizlik qaydalarına əməl etmək, müvafiq qoruyucu vasitələrdən istifadə etmək və müəssisədə işçi sağlamlığını qorumaq.
İş Haqqında Məlumat:
Müəssisə: Bakı Qida və Yağ Fabriki
İş Qrafiki: 3 növbəli
İş Yeri: Sumqayıt
Ali təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələrdə)
Minimum 3 il təcrübə (Elektrik mühərrikləri, avadanlıqların təmiri, və ya əlaqəli sahələrdə)
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun