Azerconnect IT sistemlərin backup platformlarini idarə etmək;
Azerconnect kritik IT sistemlerinin backup-larini vaxtinda almaq və saxlamaq;
Azerconnect İT sistemlərini (Unix, Linux) idarə etmək;
İT əməliyyatları strategiyasını dəstəkləmək;
İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq;
Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
Əvvəlcədən tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;
Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək;
Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;
Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;
Proseslərin ardıcıl şəkildə icrasının və davamlı inkişafının təmin edilməsinə görə məsuliyyət daşımaq
Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;
2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;
Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;
Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
Hadisələr və ya nöqsanlar barədə HOU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;
Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT Backup sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək;
İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək
AZRC İT siyasətlərinə tam əməl etmək;
İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək;
Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək;
Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək;
Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək.
Xüsusi tələblər
Ali təhsil;
Red Hat Certified (RHCSA, RHCE) sertifikatlarına sahib olmaq üstünlükdür;
IT sahəsində ən azı 2 il iş təcrübəsi;
İngillis, Rus, Azərbaycan dillərində yaxşı oxumaq, yazmaq və danışmaq bacarığı;
Dəyişikliklərin və buraxılışların idarə edilməsi və ITIL çərçivələri üzrə böyük təcrübəyə malik olmaq;
Problemlərin aşkar edilərək aradan qaldırılması metodologiyaları üzrə təcrübəyə malik olmaq;
Mövcud və ortaya çıxan İT texnologiyaları barədə müvafiq anlayışa malik olmaq;
İT texnologiyalarının müəssisə və biznes sektorlarına necə kömək etməsi barədə müvafiq anlayışa malik olmaq;
Unix əsaslı sistemlərin problemlərinin aşkar edilərək aradan qaldırılmasını və bu sistemlərin bərpa edilməsini bacarmaq;
Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse, Centos), BSD sistemləri üzrə təcrübəyə malik olmaq;
Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks) və protokolları (FCP, FCIP, FCoE), çox yollu texnologiyalar (MPIO), disklər, həcmlər, fayl sistemlərinin birləşdirilməsi nöqtələrini aydın şəkildə başa düşmək;
İT avadanlıqları konseptləri: - RAID (Ucuz Disklərin Çox sayda Sıralanması) - SAN (Verilənlərin saxlanması şəbəkələri) - x86 arxitekturası - SCSI (Kiçik kompüter sistemləri interfeysi) - iSCSI (İnternet əsaslı kiçik kompüter sistemləri interfeysi) - FCP (Fibra kanal protokolu) - FCIP (İP üzrə fibra kanal)
Avadanlıqları mühafizə etmək bacarığına malik olmaq;
OSI model (açıq sistemlərin etalon modeli) barədə anlayışa malik olmaq;
Verilənlər mərkəzi mühiti barədə biliyə malik olmaq.