Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, yazışmaların və müqavilələrin vaxtında hazırlanması, gözləyən rezervasiya və s. kimi məsələlərin əlaqələndirilməsinə və həll edilməsinə köməklik etmək:
Təklif və müqavilələri tələb olunduğu şəkildə hazırlamaq:
Lazım olduğu təqdirdə müştərilərlə əlaqə saxlamaq:
Müqavilələrin vaxtında qarşı tərəfə qaytarılmasına nəzarət:
Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq:
Gəlir axınlarını əhatə edən xüsusi marketinq təşəbbüslərini əlaqələndirmək:
Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
Həftəlik şöbənin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
İş prosesində hər hansı bir texniki problem və lazımi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
Həm Satış şöbəsi daxilindəki həmkarlarla, həm də digər şöbələrin əməkdaşları ilə sıx əməkdaşlıq münasibətləri qurmaq;
1C proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
Satış şöbəsinə aid olan bütün sənədlərin (müqavilələr, otaq siyahıları, təkliflər vəs) dəqiq və vaxtında hazırlanmasını təmin etmək:
Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək:
Görüşlərin protokollarını hazırlamaq:
Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq
Xüsusi tələblər
Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
Səlis Azərbaycan,İngilis,Rus dili
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
Dinamik, öyrənməyə həvəsli olmaq
Yaxşı satış və təqdimat bacarığı olmaq
Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq