Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir.
Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
Tabeçiliyində olan işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
Xüsusi tələblər
Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını;
Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
İstehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
Rəsmi işdir, Sənədləşmə Əmək Məcəlləsinə uyğun aparılır.
Yemək və servis (Sumqayıt daxili) şirkət tərəfindən təmin olunur.
Sumqayıt və yaxın ərazilərdə yaşayanlara üstünlük verilir.