Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə)
qanunvericilik və normativ xarakterli akt layihələrinin, inkişaf konsepsiyalarının, strategiyaların
məqsədli proqramların hazırlanması ilə bağlı məlumatlar toplayır və araşdırmalar aparır;
Müvafiq sahədə əlverişli investisiya mühitinin formalaşdırılması, stimullaşdırıcı mexanizmlərin
tətbiqi və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübəni araşdırır və məlumatlar
toplayır;
Müvafiq sahədə istehsalın diversifikasiyası, investisiyaların cəlb edilməsi və enerji istehsalının
səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar aparır;
Müvafiq sahədə qəbul olunmuş dövlət proqramları, yol xəritələri, konsepsiyaların və
strategiyaların icrası ilə bağlı hesabatların hazırlanması üçün məlumatlar toplayır;
Müvafiq sahədə sağlam rəqabət mühitinin formalaşdırılması, mübahisələrin həlli və
istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı beynəlxalq təcrübə əsasında
araşdırmalar aparır;
Müvafiq sahədə bazar münasibətlərinin formalaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübəni
araşdırır;
Müvafiq sahədə bazarın liberallaşdırılması məsələləri ilə bağlı araşdırmalar aparır, arayışlar,
analitik məlumatlar hazırlayır;
Seminar, təlim, konfrans, müşavirə və digər tədbirlərdə şöbə müdirinin razılığı ilə iştirak edir və
nəticəsi barədə məlumat verir;
Şöbəyə daxil olan sənədlərlə tanış olur və icrası tələb olunan müraciətlərin müəyyən edilmiş
müddətlərdə cavablandırılmasını təmin edir;
Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı şöbə müdiri tərəfindən
verilən tapşırıqları yerinə yetirir.
Xüsusi tələblər
Enerji menecmenti, iqtisadiyyat, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər üzrə ali təhsil;
İxtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
Yaş həddi 25-35 aralığı;
Yüksək səviyyədə MS Office bilikləri;
Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
Normativ hüquqi və digər sənədlərlə işləmə bacarığı;
Azərbaycan dilini səlis bilməli, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.