İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin,təkrar,cari,plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq
Fəhlə və qulluqçuların ,mühəndis texniki işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasını və və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət etmək
SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etməlidir;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etməlidir;
Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək;
Obyektlərdə elektrik sistemlərinin daim saz vəziyyətdə olmasına və sınaqların edilərək aktlaşdırılmasına nəzarət etmək;
Yanğından mühafizə sistemlərinin ( hydrant,daxili yanğın su kranı,sprinkler,xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s. ) daim saz vəziyyətdə olmasını daim yoxlamaq,zəruri tədbirlər görmək ;
İş yerinin ünvanı: Binəqədi;
İş qrafiki: (6 gün);
Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus.
Xüsusi tələblər
Ali təhsil;
28-55 yaşında bəy namizəd;
Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır;
Komputer bilikləri (Microsoft office) ;
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür .