Daxili nəzarət üzrə mütəxəssis

Bakı

AZCD Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əsas sənədlərin (fakturalar, göndərişlər, aktlar, müqavilələr və s.) düzgünlüyünün və tamlığının yoxlanması;
  • Sənədlərin daxili siyasətə və qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • Təsdiqlənmiş büdcələrin icrasının monitorinqi;
  • Büdcə pozuntularının təhlili və rəhbərliyə tövsiyələrin hazırlanması;
  • Əməliyyatların daxili qaydalara və qanunlara uyğunluğunun qiymətləndirilməsi;
  • Mühasibat uçotunda əməliyyatların düzgün əks olunmasına nəzarət;
  • Müxtəlif şöbələrin fəaliyyətinin yoxlanılması və daxili auditlərin təşkili;
  • Yoxlama nəticələri üzrə hesabatların hazırlanması və aşkar olunan nöqsanların aradan qaldırılmasına nəzarət;
  • Məlumat mübadiləsinin əlaqələndirilməsi və şəffaflığın təmin edilməsi;
  • İşçilərə daxili nəzarət məsələləri üzrə məsləhətlərin verilməsi;
  • Daxili siyasətlərin, qaydaların və təlimatların hazırlanması, yenilənməsi və tətbiqi;
  • İşçilərin daxili nəzarət sahəsində təlimlərinin keçirilməsi;
  • Maliyyə və vergi hesabatlarının düzgünlüyünün yoxlanması;
  • Xarici yoxlamalar və auditlər üçün sənədlərin hazırlanmasında iştirak;
  • Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi;
  • Risklərin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi;
  • Biznes proseslərində zəif məqamların aşkar edilməsi;
  • Effektivliyin və təhlükəsizliyin artırılması üçün təkliflərin verilməsi;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı.

Xüsusi tələblər

  • Maliyyə, Mühasibatlıq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət işində ən azı 1-2 il iş təcrübəsi;
  • Audit metodologiyaları və daxili nəzarət işləri üzrə biliklər;
  • Maliyyə təhlili, risk qiymətləndirilməsi və uyğunluq yoxlamaları üzrə bacarıqlar;
  • Maliyyə uzlaşmaları və anbar yoxlamaları üzrə təcrübə;
  • Problem həll etmə, analitik və araşdırma bacarıqları;
  • Aşkar olunanları və müvafiq tövsiyələri rəhbərliyə effektiv şəkildə çatdırmaq bacarığı;
  • Diqqətcil yanaşma və yüksək etik standartlar;
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
  • Dil bilikləri : Azərbaycan dili sərbəst, Rus dili sərbəst, İngilis dili arzuolunan.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • 600 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız