Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis

Bakı

Norm

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması, tədarükü və logistika əməliyyatlarının həyata keçirilməsi
  • Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
  • Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması  və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması.
  • Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması
  • Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
  • Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi.
  • Müvafiq  kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi.
  • Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
  • Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
  • Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
  • Şirkətin adına xaricdən idxal olmuş bütün mal-materialların vaxtında və düzgün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədilə gömrük işlərini həyata keçirən şirkətlə əlaqələndirmə, tələb olunan sənədlərin təqdim edilməsi və rəsmiləşdirmə ilə əlaqədar digər tələb olunan hərəkətlərin yerinə yetirilməsi
  • Mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar


Xüsusi tələblər

  • İqtisadiyyat, İdarəetmə, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür)
  • Təchizat və logistika sahəsində minimum 3 il, tenderlərin təşkili sahəsində minimum 1 il iş təcrübəsi
  • Əla səviyyədə ingilis dili biliyi
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • CIPS və ya buna bənzər sertifikat
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 500 - 500 AZN

Premium
 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız