Debitor borclar üzrə Mühasib Köməkçisi

Bakı

Fairmont

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Otelin bütün Şöbələrinin kredit və toplama proses və təlimatlarının mövcud qaydalarına müvafiq şəkildə çalışmasına görə məsul olmaq;
  • Qonaqlardan və ya kredit şirkətlərindən gələn bütün tələblərin tez bir zamanda (mümkünsə, həmin gün) və peşəkar bir şəkildə həyata keçirilməsini təmin etmək;
  • Hesabların ödənilməsi ilə bağlı araşdırmalar aparmaq və kredit əməliyyatlarının aparılmasında birbaşa rəhbərə köməklik etmək;
  • 30 gündən yuxarı olan hesabları birbaşa rəhbərlə birgə nəzarətdən keçirmək və belə hesablar üçün şirkətin toplama proseduralrını həyata keçirmək;
  • Otelə son 30 (otuz) gündən 60 (altmış) günə qədərki müddətdə daxil olmuş bütün qrupları və yerli ictimai iaşə xidmətlərinin hesabatlarını hazırlanması prosesinə köməklik göstərmək;
  • Daxili hesabları yoxlamaq və hər şeyin otelin prosedurlarına müvafiq şəkildə olmasından əmin olmaq; ehtiyac olduqda, bu hesabların toplanma prosesində köməklik göstərmək;
  • Kredit və debit fəaliyyəti ilə əlaqəsi olan bütün yerli və korporativ proses və təlimatlara riayət etmək;
  • Təlimatlara riayət edərək, cari və vaxtı ötmüş hesabların sürətli və dəqiq şəkildə müştəri tərəfindən ödənişini təmin etmək;
  • Vaxtı keçmiş və toplanmamış hesbların qaydasına salınması ilə bağlı gündəlik qeydiyyat işləri aparmaq;
  • Qonaqlar ilə bağlı Mühasibat Kitabının Balans Hesabatlarına gündəlik şəkildə nəzarət etmək və hər hansısa çatışmamazlıqlar olduğu təqdirdə öz birbaşa rəhbərinin diqqətinə çatdırmaq;
  • Gündəlik kredit kart ödənişlərini izləmək. Kredit kart bank hesablarını Otelin sistemi ilə yoxlamaq;
  • Banka daxil olan ödənişlərin vaxtında mühasibat kitabında əks olunmasını təmin etmək;
  • Elektron faktura və qaimələrin yazılmasında iştirak etmək;
  • Müştərilərin kart hesablarına geri qaytarma ilə bağlı prosedurları həyata keçirmək;
  • Kredit kart ödəmələri barədə ay sonunda hesabat və üzləşmələr hazırlamaq.

Xüsusi tələblər

  • Mühasibat və mailiyyə sahəsində ali təhsil;
  • Mühasibat sahəsində təcrübəsi olmaq;
  • Azərbaycan,İngilis səlis,Rus dili arzuolunandır;
  • Kompyüter bilikləri: Excel, Word;
  • Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq;
  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 650 AZN dən

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız