Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Bakı

Aqrar tədarük və təchizat

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin elektron portalında məlumat yerləşdirilən istehsalçıların, eləcədə satıcıların fəaliyyətinin növbəti monitorinqini (elektron kənd təsərrüfatı) informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə həyata keçirmək;
  • Cəmiyyət tərəfindən istehsalçı və satıcıların təqdim etdikləri məlumatların düzgünlüyünü, sənədlərinin həqiqiliyinin, müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin pozulması halları üzrə satınalan təşkilatların şikayətləri əsasında növbədənkənar monitorinqləri icra etmək;
  • Sanitar-gigiyenik tədbirlərin aparılması üçün bağlanmış müqavilələrin icra vəziyyətinə nəzarət etmək, yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, ərzaq məhsullarının daşınmasına və saxlanılmasına dair normativ sənədlərin (standartların, qaydaların, təlimatların) tətbiqinə nəzarət etmək;
  • Ərzaq məhsullarının keyfiyyətinə nəzarətlə bağlı müvafiq dövlət nəzarət orqanları ilə (sanitar-gigiyenik, baytarlıq, fitosanitar, laboratoriyalar və s.) qarşılıqlı münasibətləri həyata keçirmək;
  • Ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətləri qeydə almaq, səbəblərini öyrənmək, aradan qaldırılması üzrə araşdırma aparmaq, tədbirləri həyata keçirmək və icrasına nəzarət etmək;
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblər, həmçinin bu sahədə digər beynəlxalq standartların tələbləri haqqında məlumatlı olmaq;
  • Beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun idarəetmə sisteminin müvafiq sənədlərinin (proseslərin axış sxemlərinin, məlumat kartlarının, qaydaların, müxtəlif təyinatlı təlimatların və sxemlərin, blankların, formaların, jurnalların və s.) layihələrinin hazırlanmasını  təşkil etmək;
  • Aidiyyəti struktur bölmələrin iştirakı ilə müxtəlif fəaliyyət sahələri üzrə potensial riskləri aşkarlamaq, dəyərləndirilməsi və səbəblərinin aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin keyfiyyət idarəetmə sisteminin səmərəliliyinin müəyyən edilməsi məqsədi ilə zəruri məlumatları toplamaq və emal etmək, potensial problemləri təhlil etmək, yaxşılaşdırma imkanlarını aşkara çıxarmaq üçün müvafiq hesabatlar hazırlamaq;
  • Monitorinq və nəzarət tədbirləri nəticəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək;
  • İdarəetmə sistemlərinin sertifikasiyası və ondan irəli gələn nəzarət auditləri nəticəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması işlərinə nəzarət  etmək;
  • Cəmiyyətin bağladığı alqı-satqı müqavilələrində və təşkil etdiyi tədbirlərdə (yarmarkalar və s.) qiymət siyasətinin aydınlaşdırılması üçün bazar araşdırmasını aparmaq;
  • Fəaliyyət nəticələrini sənədləşdirmək, rəhbərlik üçün vaxtaşırı hesabatlar hazırlamaq.

Xüsusi tələblər

  • Ali təhsil: Audit, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə;
  • Sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır;
  • MS office, Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı 
  • 1C 8.2 və 8.3 proqram təminatında işləmək bacarığı; 
  • Audit, daxili nəzarət və keyfiyyətə nəzarət üzrə təcrübəsinin olması;
  • Excel-də yüksək səviyyəli işləmək bacarığı;
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız