Boru Satışı üzrə Mütəxəssis

Bakı

Baku Steel Company

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müştəri tələblərinə uyğun olaraq boru məhsulları üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Yerli və xarici müştərilərlə gündəlik əlaqələrin qurulması, danışıqların aparılması və satış müqavilələrinin bağlanması;
  • Satış planlarının və hədəflərinin icrasını təmin etmək üçün aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
  • Bazarın təhlili, rəqiblərin qiymət və məhsul strategiyalarının izlənməsi;
  • Satış prosesinin bütün mərhələlərində (sifarişdən çatdırılmaya qədər) istehsalat, logistika və maliyyə komandaları ilə koordinasiyanın təmin edilməsi;
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstəyin göstərilməsi.

Xüsusi tələblər

  • Biznesin idarə olunması, beynəlxalq ticarət, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Metallurgiya, boru istehsalı və ya sənaye məhsullarının satışı sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Tikinti, neft-qaz və infrastruktur sektorları üzrə satış təcrübəsi üstünlük sayılır;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Aktiv satış və effektiv danışıqlar aparmaq bacarığı;
  • Güclü analitik və kommunikasiya bacarıqları;
  • Müştəriyönümlü düşüncə və problemləri çevik şəkildə həll etmək qabiliyyəti;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komandada işləmək bacarığı və nəticəyə yönəlik yanaşma.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız