Hüquqşünas

Bakı

InvestAZ

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • “Qiymətli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR Qanununu, "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"nı, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nı, “Marja ticarəti Qaydası”nı, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən
  • subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”i, həmçinin Mərkəzi Bankın digər əlaqəli normativ xarakterli aktlarını bilmək, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
  • Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
  • Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə
  • sorğuları cavablandırmaq;
  • Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək;
  • Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
  • Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
  • Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən qanunvericiliyin
  • tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
  • Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və
  • digər hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
  • Filial və nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
  • Qiymətli kağızlarının emissiyası ilə bağlı tələb olunan işləri görmək;
  • Cəmiyyəti məhkəmə və digər dövlət orqanlarında nümayəndə olaraq təmsil etmək;
  • Təqdim edilmiş hüquqi sənədləri təhlil etmək, hüquqi məsələlərə dair yazılı izahatlar vermək;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Şərtlər:

  • İş saatları: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Tibbi sığorta;
  • Nahar ilə təmin olunma.

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil;
  • İş stajı: müvafiq sahədə ən azı 1 il;
  • Dil biliyi: Azərbaycan dili, İngilis dili-əla, Rus dili-orta;
  • Üstünlük: Maliyyə sahəsində çalışan hüquqşünaslar.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız