Əməliyyat texnologiyası infrastrukturu üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisədəki mühüm infrastrukturlardan, idarəetmə sistemlərindən (paylaşdırılmış idarəetmə (DCS) sistemi, dispetçer idarəetməsi və məlumatların toplanması (SCADA), qəza halında dayandırma (ESD), sistemin proqram təminatından, məlumat mərkəzlərindən, sistemlərdən, şəbəkə və telekommunikasiya komponentlərindən, sifarişçilər və təhlükəsizlik komponentləri, texniki xidmət proseslərindən ibarət istismar texnologiyaları infrastrukturunu möhkəm, etibarlı və sabit şəkildə işləməsi üçün layihələndirmək, qabaqcıl (səviyyə 2 və səviyyə 3) tələbatları izləmək və dəstəkləmək, təkmilləşdirmə və inkişaf planlarını tərtib etmək, yeniləmələrin həyata keçirilməsini izləmək, məsələlərin həlli üçün zəruri olan təchizatçının proseslərini idarə etmək və həyata keçirmək;
  • Mühüm infrastrukturlar üzrə ehtiyatlara dair məlumatları yeniləmək;
  • Təkmilləşmə üçün müvafiq texnologiyaları təhlil etmək, hesabat təqdim etmək və təklif vermək, bu proseslərə əməl etmək, öz məsuliyyəti çərçivəsində sistemlər və proqram təminatı və komponentlərlə əlaqədar layihələri idarə etmək;
  • Virtuallaşdırma infrastrukturunu, serverləri, məlumat saxlama vasitələrini və komponentlərini təhlil etmək, onların istismarını dəstəkləmək, yeniləmə və genişləndirmə tələbatlarını təhlil etmək, tələbləri müəyyən etmək və istismara təhvil vermək;
  • Məlumatların qorunması, bütövlüyü və OT sistemlərinin mövcudluğunu təmin etmək üçün hərtərəfli ehtiyat həllinin layihələndirilməsi, həyata keçirilməsi və idarə edilməsinə cavabdehdir;
  • Təmir, istismar, texniki xidmətlər, təkmilləşdirilmiş texnoloji nəzarət və s. kimi müvafiq şöbələrlə koordinasiya, əməkdaşlıq və kommunikasiya çərçivəsində məsuliyyət sahəsinə aid məsələləri müəyyən etmək, həll yollarını təmin etmək, bu prosesdə komandaya rəhbərlik etmək;

Xüsusi tələblər

  • Kompüter mühəndisliyi, Elektrik və Elektronika mühəndisliyi, Elektronika və Rabitə mühəndisliyi kimi sahələrdə magistr və ya bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Windows sistemləri ilə iş təcrübəsi;
  • Xüsusilə VMware kimi virtualizasiya platformaları ilə iş təcrübəsi;
  • Active Directory, GPO idarəçiliyi, yeniləmə (patching), antivirus həlləri kimi mərkəzləşdirilmiş sistemlərin idarə olunmasında təcrübə;
  • Şəbəkə dizaynı və şəbəkə kommunikasiya əsaslarına dair biliklər.

Oxşar vakansiyalar

 
  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 700 AZN

 
  • Kürdəmir

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız