Zavodda fəaliyyət göstərən kranların elektrik avadanlıqları (elektrik mühərrikləri) fasiləsiz, keyfiyyətli və etibarlı işini təmin etmək;
Kranlarda istifadə olunan elektrik mühərriklərinin tipini, birləşmə sxemlərini və təmirə çıxarılma qaydalarını bilmək;
Kranların elektrik təchizat sxemini bilmək, baş vermiş açılmaların qarşısını vaxtında almaq;
Əsaslı təmirə ehtiyacı olan elektrik mühərriklərini vaxtında müəyyən etmək və bu barədə ustaya məlumat vermək;
Normativlərə, ТТ və TİQ-ə uyğun olaraq kranın elektrik avadanlıqlarında təmir, yoxlama və profilaktiki tədbirlər aparmaq;
Maqnit elektrik yükqaldırıcı məhdudlaşdırıcıları yoxlamaq, tənzimləmək və sazlamaq;
Kranların bütün növ elektrik mühərriklərinin təmiri, sınaq yoxlanması, quraşdırılması və iş sxeminin yığılmasını, onların iş prinsiplərini və birləşmə sxemlərini bilmək;
Elektrik mühərriklərinin mərkəzləşdirilməsi və balanslaşdırılması üsullarını, nəzarət ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını bilmək və istifadə etmək;
Yükləyici, pnevmayükləyici və digər xüsusi maşınların elektrik hissələrinin təmiri və tənzimləməsini bilmək;
İş yeri: Baku Steel Company, Azərboru İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Xüsusi tələblər
Ali təhsil - elekrik və ya elektroenergetika mühəndisliyi;
Normativ və Texniki sənədlərlə işləmək bacarığı;
Sahə üzrə 1 il iş təcrübəsi, daha yuxarı iş təcrübəsi arzuolunandır;