SLA (Service Level Agreement) öhdəliklərinin real vaxt rejimində izlənməsini təmin etmək məqsədilə mövcud Helpdesk, CRM və Asset Management sistemlərinin monitorinq alətləri ilə inteqrasiyasını həyata keçirmək;
SLA və texniki dəstək prosesləri üçün xəbərdarlıq (alert) və eskalasiya qaydalarının sistemlərdə qurulması və optimallaşdırılması;
İnfrastruktur monitorinq sistemlərinin Operativ Xidmət İdarəetməsi (Service Desk) ilə avtomatik sinxronizasiyasının təmin edilməsi;
API-lər, webhook-lar və skriptlər vasitəsilə insidentlər, tiketlər və performans göstəricilərinin mərkəzi monitorinq platformasına ötürülməsi;
SLA hesabatlarının hazırlanması üçün Helpdesk sistemindən əldə olunan məlumatların monitorinq panelinə ötürülməsinin təşkili;
İlkin analiz aparmaq, təsirə məruz qalmış xidmətləri müəyyən etmək İT Şəbəkənin monitorinq fəaliyyətinə, həmçinin nasazlıq haqqında bildirişlərin emalına görə məsuliyyət daşımaq;
Xüsusi tələblər
Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
Sahə üzrə 2 il iş təcrübəsi;
Şəbəkə və sistem idarəetmə üzrə təməl biliklər;
Zabbix, Nagios, Prometheus, Grafana və ya bənzər monitorinq alətləri ilə praktiki iş təcrübəsi.
Linux/Windows server idarəetməsi üzrə baza biliklər.
Şəbəkə əsasları (TCP/IP, DNS, VPN, Firewall) barədə anlayış.
Problem həll etmə bacarığı və eskalasiya protokollarını anlamaq.
Məsuliyyətli, detallara diqqətli və çevik işləmə bacarığı