Vəzifə səlahiyyətləri çərçivəsində ona verilmiş tapşırıqlar üzrə struktur bölmələr, müştərilər və digər əlaqədar kontragentlərlə kommunikasiya aparmaq;
Şirkətdə “Marjinal ticarət” xidmətinin standartlarının və qaydalarının yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Müvafiq analitik hesabatların və təkliflərin rəhbərliyə təqdim edilməsi;
Maliyyə bazarlarını və iqtisadiyyatda mövcud tendensiyaları təhlil etmək;
Müştəri bazası və aktivliyi haqqında analitik məlumatlar hazırlamaq;
Xidmət üzrə açılan bütün hesabların monitorinqini aparmaq;
Müştəri hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamaq;
Fəaliyyətin təşkili zamanı risklərin məqbul çərçivəsini müəyyən etmək və risk səviyyəsinə davamlı nəzarət etmək;
Marjinal ticarətlə məşğul olan müştərilərin cari tələblərini araşdırmaq;
Şirkətin digər struktur bölmələri ilə əlaqəli qaydada potensial marjinal ticarət ilə maraqlanan qrupların aşkar olunması və cəlb olunması mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək
Xüsusi tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə və ya riyazi sahədə);
Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri;
İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
Korporativ davranış normalarını bilmək;
Kompüter bilikləri: MS Excel, MS Word, MS Outlook;
Azərbaycan dili üzrə mükəmməl, ingilis dili üzrə orta bilik səviyyələri;