• “Azəralüminium” MMC-yə aid məlumatların effektiv şəkildə toplanması, saxlanması və istifadəsini təmin etmək üçün məlumatların idarə olunması prosedurlarını həyata keçirmək;
• Rəhbərliyin məlumatlara əsaslanan qərarlar qəbul etməsinə kömək etmək üçün data analitikası alətləri və metodları tətbiq etmək;
• Məlumatların qərarvermə üçün səmərəli və başa düşülən şəkildə təqdim olunmasını təmin etmək üçün vizuallaşdırma alətlərindən istifadə edərək məlumatları effektiv şəkildə çatdırmaq;
• Müxtəlif məzmunlu məlumatlar (maliyyə, satınalma, satış və s.) üzərində analitik təhlillərin aparılması, əsas məqamların müəyyən edilməsi və onların həlli istiqamətində təkliflərin verilməsi;
• Bazar araşdırmaları və benchmarking fəaliyyətləri həyata keçirməklə, şirkətin mövcud vəziyyətini oxşar beynəlxalq və yerli şirkətlərlə müqayisə etmək;
• Ən yaxşı təcrübələrin (best practices) araşdırılması və tətbiqi məqsədilə tədqiqatlar aparmaq və rəhbərliyə təkliflər təqdim etmək;
• Məlumat axınının operativ şəkildə təmin olunması məqsədilə müvafiq struktur bölmələrlə sıx əməkdaşlıq qurmaq və sinergiya yaratmaq;
• İşgüzar yazışmalar aparmaq və daxil olan sorğulara cavab vermək.
• Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya data analitikası üzrə ali təhsil;
• Fərqli sənaye göstəricilərinin tətbiqi ilə maliyyə təhlilləri apara bilmək;
• Maliyyə hesabatları və mühasibatlıq prinsipləri haqqında məlumatlı olmaq;
• Data analitikası və vizuallaşdırma üzrə müxtəlif proqramlarda (xüsusilə, Power BI.) səlis işləmək bacarığı;
• Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
• Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun