Energetika mühəndisi

Sumqayıt

STP MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq ixtisas üzrə ali təhsil (Energetika, Elektroenergetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  • Energetika sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Elektrik təchizat sxemlərini hazırlamaq, oxumaq və təhlil etmək bacarığı;
  • Yüksək və aşağı gərginlikli elektrik avadanlıqlarının iş prinsipləri və istismar qaydaları üzrə biliklər;
  • Yarımstansiyalar, rele mühafizəsi və avtomatika sistemləri üzrə nəzəri və praktiki biliklər;
  • Energetika avadanlıqlarının istismarına dair normativ-hüquqi aktları, metodik göstərişləri, texniki standartları və təhlükəsizlik qaydalarını bilməli;
  • Planlı xəbərdaredici təmir sistemləri və avadanlıqların rasional istismarı üzrə biliklər;
  • Elektrik təhlükəsizliyi qaydaları, TTQ, TİQ və YTQ üzrə biliklər;
  • Microsoft Office proqramlarını (Excel, Word, PowerPoint, Outlook) yüksək səviyyədə bilməli;
  • AutoCAD, EPLAN və digər CAD proqramlarında işləmək bacarığı;
  • Texniki sənədlərlə işləmək, hesabat və qrafiklər hazırlamaq bacarığı;
  • Enerji sərfiyyatının optimallaşdırılması və enerji effektivliyi üzrə anlayışlar;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Komanda ilə işləmək və idarəetmə bacarıqları;
  • İngilis dili biliyi üstünlük hesab olunur;
  • Enerji təsərrüfatı və elektrik sistemləri üzrə sertifikatların olması üstünlükdür.

Xüsusi tələblər

  • Müəssisənin elektrik təchizat sxemlərini bilməli.
  • Yarımstansiyaların elektrik avadanlıqlarının siyahısını və təmir qrafiklərinin hazırlanmasını təmin etməli.
  • Müəssisənin zavod, sex və yarımstansiyalar üzrə elektrik avadanlıqlarının mühafizə torpaqlanmasının, yarımstansiyaların rele mühafizəsi və avtomatikanın yoxlanılması və sınağı cədvəllərinin tərtibi yə təşkili.
  • Lazımi texniki sənədlərin və təlimatların iş yerində olmasını, onlara lazımi düzəliş və əlavələrin edilməsini təmin etməli.
  • Enerji təsərrüfatının istismarında zəruri olan avadanlıqların, materialların, ehtiyat hissələrinin əldə etmək üçün sifarişlərin tərtib edilməsi.
  • Müəssisənin yarımstansiyalarında quraşdırılmış elektrik avadanlıqlarının pasportizasiyasının keçirilməsində iştirak etməli və istirmarda olan avadanlıqların siyahısını tərtib etməli.
  • Xidməti sənədlərin, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi təlimatlarınım, qəza hallarının aradan qaldırılması tədbirlərinin hazırlanması.
  • Planlı xəbərdaredici təmir cədvəlinin tərtibatını və onun vaxtında yerinə yetirilməsini və aparılmasını təmin etməli.
  • İMS uyğun sənədlərin hazırlanması, sahələrdə yarana biləcək risklərin qiymətləndirilməsi, təhlili və azaldılması vasitələrini müəyyən etməli.
  • Avadanlıq və qurğuların təmiri üçün qüsur cədvəlinin tərtibatında iştirak etməli.
  • Aktların və yazılı göstərişlərin vaxtında yerinə yetirilməsini təmin etməli.
  • Elektrik avadanlıqlarında baş vermiş qəza hallarını səbəblərini araşdırmasında iştirak etməli, baş vermiş bədbəxt hadisələrin təhdiqatında iştirak etməlidir və onların qarşısının alınması üçün tədbirlər hazırlayaraq təhlükəsiz iş şəraitlərinin yaradılmasında iştirak etməli.
  • Şöbədə çalışan işçi heyətinin TTQ, TİQ və YTQ üzrə biliklərinin yoxlanılmasının təmin etməsini təşkil etməli.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız