Hesabatlıq üzrə mütəxəssis

Bakı

Norm

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi;
  • Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsi;
  • Aylıq, rüblük və illik beynəlxalq maliyyə hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;
  • Hesabatların hazırlanması üçün tələb olunan məlumatların müxtəlif mənbələrdən toplanmasını və düzgünlüyünü yoxlamaq;
  • Hesabatlarda yaranan fərqlər və kənarlaşmalar üzrə ilkin təhlillər hazırlamaq və izahlar təqdim etmək;
  • Maliyyə hesabatları üzrə nəzarətçi tərəfindən aparılan yoxlama prosesinə dəstək olmaq və tələb olunan düzəlişləri vaxtında icra etmək;
  • Standart jurnal yazılışlarının və düzəliş qeydlərinin hazırlanmasını həyata keçirmək;
  • Kənar audit üçün materialların və kənar qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, kənar auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi;
  • Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması;
  • Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək;
  • Maliyyə hesabatları üzrə daxili nəzarət prosedurlarına riayət etmək və tətbiqində iştirak etmək;
  • ERP sistemlərindən və digər maliyyə platformalarından məlumatların düzgün çıxarılmasını təmin etmək;
  • Hesabat proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;
  • Digər struktur bölmələrlə əməkdaşlıq edərək maliyyə məlumatlarının tam və düzgün toplanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər maliyyə hesabatları və təhlilləri hazırlamaq;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Xüsusi tələblər

  • Maliyyə və mühasibat uçotu üzrə ali bakalavr təhsili
  • Hesabatlılıq və audit üzrə 2-3 il, audit şirkətlərində təcrübə
  • ACCA sertifikatları üzrə göstəricilər (F3, F7)
  • Əla səviyyədə MS Excel biliyi
  • SAP təcrübəsi üstünlükdür
  • Əla səviyyədə ingilis dili biliyi


Tələb olunan kompetensiyalar

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik


İmtiyazlar

  • Könüllü tibbi siğorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız