Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;
Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi(Yaxşı səviyyədə vergi qanunvericiliyi bilikləri) ;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi (Bank kreditləri və tender müraciətləri üçün maliyyə hesabatlarını hazırlaya bilmək)
Baş mühasibin və aparışı mühasibin tapşırıqlarını yerinə yetirmək;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
İş şəraiti:
İş qrafiki: I-V- 09:00-dan 18:00-dək Şənbə-09:00-13:00
Əmək haqqı 800-1000 AZN (Müsabiqə əsasında müəyyən olunur)
Xüsusi tələblər
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
Xarici ödənişlər təcrübəsi
Xaricə ödənilmiş avansların bağlanması
Əmək haqqı, məzuniyyət, son haqq hesab hesablama bilgisi
Qaimə vurulması,
Mühasibatlıq sahəsində 1,5 ildən artıq iş təcrübəsi(consulting üstünlükdür);
MS Office, əla səviyyədə excel və 1C bilikləri;
Komandada işləmə bacarığı, səbrli, təmkinli, diqqətli və eyni anda bir neçə işi görəbilmə bacarığı.;
Analitik düşünmə qabiliyyəti;
Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.