Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir.
İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir.
Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.),
Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir.
Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir.
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir.
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
İş şəraiti:
Məkan: Xankəndi şəhəri
İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Xüsusi tələblər
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;
Mühasib kimi ən azı 3 illik iş təcrübəsinə sahib olmaq;
Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
1C proqramında sərbəst işləmə bacarığına sahib olmaq;
Vergi, DSMF və statistika hesabatlarının hazırlanması istiqamətində təcrübəyə malik olmaq;
Əmək haqqı hesablamaları üzrə iş təcrübəsinə sahib olmaq
Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;
İngilis və Rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.