Tələbə kommunikasiyası və adaptasiya
- AZSET-dəki proqramlara müraciət edən potensial namizəd tələbələr və artıq qeydiyyatdan keçmiş tələbələr üçün e-poçt, telefon və şəxsi müraciətlər üzrə koordinator;
- Qəbul statusu, proqram məlumatı, akademik qrafik və qeydiyyat tələbləri ilə bağlı tələbə sorğularını cavablandırmaq;
- İlk tələbə qrupu üçün orientasiya tədbirlərini və adaptasiya sessiyalarını planlaşdırmaq və keçirmək;
- Tələbələri universitet haqqında, daxili davranış qaydaları, imtahan prosedurları və proqram məzmunu barədə məlumatlandırmaq.
Tələbələrlə müqavilə və aidiyyəti sənədlərin toplanması
- Tələb olunan sənədlər barədə tələbələri məlumatlandırmaq;
- Bütün müqavilə və razılıq sənədlərinin tam, dəqiq və düzgün arxivləşdirilməsini təmin etmək;
- Hər hansı sənədləşmə problemi barədə müvafiq inzibati strukturlarla əlaqə saxlamaq.
AzTU-da qeydiyyat və rəsmi təqdimat
- Semestr başlamazdan əvvəl AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan bütün tələbə sənədlərini toplamaq və təqdim etmək;
- Rəsmi qeydiyyat prosedurlarına uyğunluğu təmin etmək məqsədilə AzTU-nun Tədris şöbəsii ilə koordinasiya aparmaq;
- AzTU-da daxili qaydada tələb olunan, habelə müvafiq dövlət strukturlarının tələb etdiyi rəsmi tələbə siyahılarını, statistikaları və hesabatları hazırlamaq;
- portal.edu.az və digər aidiyyəti dövlət sistemləri vasitəsilə qeydiyyat və köçürmə prosesini dəstəkləmək.
Tələbə qeydləri və status izləmə
- Bütün AZSET tələbələri üçün sistemli şəkildə elektron və kağız formatında qeydlər saxlamaq;
- Akademik dövr boyunca tələbə statusunu (aktiv, akademik məzuniyyətdə olan, xaric olunmuş) izləmək;
- Semestr sonu sənədlərini hazırlamaq, imtahan idarəetmə proseslərini dəstəkləmək.