Müşahidə kameraları üzrə nəzarətçi

Bakı

Blue Planet

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təhlükəsizlik kameraları vasitəsilə işçiləri, müştəriləri, mağazanı izləmək.
  • Şirkət tərəfindən qoyulmuş prosedurlara əməl edilib edilməməsinə nəzarət etmək.
  • Mağazaya məxsus bütün seyflərə və kassalara daim nəzarət etmək.
  • Mağaza ərazisinin ümumi təhlükəsizliyini yoxlamaq  və potensial təhlükə barədə məlumat vermək. 
  • Mağazada mal itkisinə və oğurluğa yol verilməməsini təmin etmək əgər baş verərsə kamera vasitəsi ilə baş verən hadisəni araşdırmaq. 
  • Bütün işçi heyəti tərəfindən daxili qaydaların pozulması hallarını izləmək, lazım gəldikdə kamera qeydlərini edərək müvafiq məlumatı təqdim etmək.
  • Daxili təhlükəsizlik qaydalarına daim əməl olunmasına nəzarət etmək.
  • Müştərilərə xidmət prosesində işçilər tərəfindən şirkət qaydalarının pozulması halları baş verərsə pozuntu anlarının video çəkilişlərini təqdim etmək.
  • Kamera yaddaş disklərinin dolmasına və sazlığına nəzarət etmək.
  • Baş verən hadisələrlə bağlı rəhbərliyə vaxtında məlumat vermək.
  • Daxili intizam qaydalarına əməl etmək.
  • İş yerində təhlükəsizliklə bağlı bütün qaydalarla ətraflı tanış olmaq və hər zaman bu qaydalara riayət etmək.
  • Şöbə rəisinin, Təhlükəsizlik meneceri və baş nəzarətçinin digər tapşırıqlarını yerinə yetirmək, (müəyyən səbəblərdən nəzarətçi olmadıqda: nəzarətçini əvəzləmək, gecə işlərinə qalmaq, mağazada fiziki axtarılan məhsulun tapılmasında iştirak etmək və s.).
  • Hadisələrə qarşı diqqətli davranmaq.
  • Video arxivlə işləmək.
  • Video görüntüsü və yaxınlaşdırılması mümkün olan IP CCTV və HI Lockvision və s. kamera sistemləri ilə işləmək.
  • Bütün video yazıları yaddaşda saxlayan DVR və NVR aparatlarını nəzarətdə saxlamaq və daim işlək vəziyyətdə olmasını yoxlamaq.
  • Digər şirkət tərəfindən xüsusi kamera avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasını yoxlamaq.
  • Mütəmadi olaraq yerlərdə kameraların görmə bucaqlarını təkmilləşdirmək

Xüsusi tələblər

  • Ən azı 1–2 illik təhlükəsizlik, monitorinq, itkilərin qarşısının alınması və ya oxşar sahədə iş təcrübəsi (arzuolunandır, lakin məcburi deyil).
  • Yüksək diqqətlilik və uzun müddət fokusda qala bilmə bacarığı.
  • Təhlükəsizlik sistemləri, CCTV kameraları, DVR/NVR cihazları və video arxivlərin idarə olunması barədə əsas biliklər.
  • Şübhəli fəaliyyətləri və potensial riskləri tez bir zamanda müəyyən etmə bacarığı.
  • Hadisələri dəqiq və aydın şəkildə qeyd edib raportlaşdıra bilmək üçün yaxşı kommunikasiya bacarıqları.
  • Yüksək məsuliyyət hissi, dürüstlük və məxfilik prinsiplərinə sadiqlik.
  • Tələb olunduqda həftə sonları, gecələr və növbəli iş qrafikində işləmək bacarığı.
  • Müstəqil və komanda ilə işləmə bacarığı.
  • Əsas kompüter bilikləri.
  • Stressli və təcili vəziyyətlərdə sakit qalmaq və düzgün qərarlar verə bilmək.
  • Şirkətin qaydalarına, prosedurlarına və təhlükəsizlik tələblərinə tam şəkildə riayət etmək istəyi.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız