Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması
Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;
Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;
Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
Əmək haqqı – 2500 AZN;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Xüsusi tələblər
Ali təhsil (müvafiq sahədə);
Memar vəzifəsində iş təcrübəsi (5 il);
Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
Tikinti norma və qaydalarına dair biliklər;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.