Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin Kreditlərin Anderraytinqi Bölməsi üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri

Bakı

Bank BTB

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satış bölməsi tərəfindən təqdim olunan kredit müraciətləri və limitlər üzrə anderraytinqin həyata keçirilməsi və risk dərəcəsinin qiymətləndirilməsi;
  • Borcalanların maliyyə vəziyyətinin və kredit öhdəliklərini icra etmə qabiliyyətinin təhlili, kredit risk reytinqlərinin hesablanması və qərarların verilməsi;
  • Bankın kredit siyasəti, daxili prosedurlar və Risk iştahası çərçivəsində kredit riskləri üzrə əsaslandırılmış ekspert rəyinin verilməsi və bu rəyə görə cavabdehliyin daşınması;
  • Müsbət rəy verilmiş kreditlərin icrasına nəzarət edilməsi, erkən xəbərdarlıq siqnalları əsasında risk strategiyalarına rəy bildirilməsi;
  • Zərurət yarandıqda, kreditləşmə prosesində bankdaxili metodologiya və qaydalardan kənarlaşmaların ekspert əsaslandırma ilə qiymətləndirilməsi;
  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları üzrə biliklərin tətbiqi və kredit mütəxəssislərinə təlimlərin keçirilməsi;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər funksiyaların icrası.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • Sahə üzrə azı 5 il, biznes kreditlərinin anderraytinqi üzrə azı 2 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Analitik düşüncə;
  • Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız