Kreditlərə nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi

Bakı

Bank BTB

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bank üzrə verilmiş bütün kreditlərin ARMB-nin və Bankın daxili qaydalarına uyğun rəsmiləşdirilməsinə gündəlik nəzarət edir.
  • Bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına gündəlik nəzarət edir;
  • Bankın strategiyasına uyğun olaraq kredit bazarını mütəmadi olaraq təhlil edir, bazar konyunkturasının dəyişməsinə və zamanın tələbinə uyğun olaraq kreditləşmə üzrə limitlərin, Bankın daxili kredit qaydalarının, proseduralarının və təlimatlarının təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb təqdim edir;
  • Bankın kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlayır;
  • Banka təminat qismində təklif (təqdim) olunan əmlakın qiymətləndirilməsini və sığortalanmasını həyata keçirən səlahiyyətləndirilmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyd olunan əmlakın qiymətləndirilməsi və sığorta şərtlərinin müəyyən edilməsi prosesinə nəzarət edir;
  • Götürülən girovların (ipotekaların) onlarla icrası təmin edilmiş kredit öhdəlikləri qüvvədə olan dövrdə zərurət olduğu təqdirdə yenidən qiymətləndirilməsini təşkil edir;
  • Bankın idarəetmə orqanlarının müəyyən etdiyi və bankındaxili qaydaları ilə müəyyən olunmuş kredit portfeli üzrə hesabatlar hazırlayır.
  • Kredit portfelinə gündəlik nəzarətin həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinin artırılmasına dair verilmiş təkliflərə və ona həvalə olunmuş səlahiyyətlər daxilində kredit portfelinin keyfiyyətinin artırılması istiqamətində səlahiyyətli şəxslər tərəfindən tədbirlərin görülməsinə nəzarət edilməsinə məsuliyyət daşıyır;
  • Mərkəzləşdirilmiş Kredit Reyestri və müvafiq kredit bürolarının xidmətindən istifadə etmək, Kredit portfelinin yuxarıda qeyd olunan xidməti bazalarına inteqrasiya olunmasını təşkil etmək, Bankın əməkdaşlarına qeyd olunan xidmətdən istifadə etmək hüququnun verilməsi üçün rəy vermək;
  • Birbaşa rəhbəri tərəfindən həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı, xüsusən Excel-də yüksək işləmək bacarığı;
  • Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Analitik düşüncə;
  • Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 850 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız