SƏTƏMM mühəndisi (Qubadlı rayonu)

Qubadlı

Amal Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
  • İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • SƏTƏMM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq;
  • İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq;
  • Yeni işçilərin ilkin SƏTƏMM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək;
  • Təhlükəli iş sahələrində SƏTƏMM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək;
  • Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək;
  • SƏTƏMM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim etmək;
  • Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq;
  • Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək;
  • Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək;

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin edilir)
  • Əmək haqqı: 1200-1500 AZN 

Xüsusi tələblər

  • Təhsil: Ali 
  • FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş sertifikat
  • İş stajı: Tikinti sahəsində SƏTƏMM üzrə 2-4 il arası təcrübə
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Sumqayıt

  • Razılaşma yolu ilə

Telegram kanalımız