İnsan Resursları üzrə Mütəxəssis

Bakı

Baku Medical Plaza

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müqavilələrin, əmrlərin, hesabatların və İR ilə bağlı digər sənədlərin hazırlanması, emalı və arxivləşdirilməsi;
  • İR məlumatlarının elektron hökumət portalına və müvafiq proqram təminatlarına daxil edilməsi;
  • Saatlıq icazələrin uçotunun aparılması və matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin təşkili, onboarding prosesinin həyata keçirilməsi;
  • İşdən çıxan əməkdaşlarla bağlı əməliyyatların icrası;
  • Dövlət qurumlarından və digər strukturlardan daxil olan sorğuların cavablandırılması;
  • Əməkdaşların davamiyyətinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • Əmək haqlarının, son haqq-hesabların və məzuniyyət haqlarının hesablanaraq ödənişə göndərilməsi;
  • Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılması;
  • Əməkdaşlar arasında yaranan münaqişələrin vəzifə səlahiyyətləri çərçivəsində həllinə dəstək göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatları:
  • Bazar ertəsi – Cümə: 08:00 – 17:00
  • Şənbə: 08:00 – 12:00
  • Əmək haqqı: 900 AZN;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar və mehriban iş mühiti

Xüsusi tələblər

  • Ali təhsil;
  • İnsan Resursları əməliyyatları sahəsində 1–3 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət və s.);
  • Müvafiq e-platformalarda əməliyyatların aparılması bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Müraciət üçün (CV): [email protected] e

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xankəndi

  • Razılaşma yolu ilə

Telegram kanalımız