Risklərin qiymətləndirilməsi və təhlilini həyata keçirmək
Risk və insident məlumatlarının konsolidasiyasını həyata keçirmək
Nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək
Risk iştahası bəyannaməsinin və risk limitlərinin monitorinqini aparmaq
Risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək
Risklərin idarə edilməsi siyasəti və qaydalarına riayət edilməsinin monitorinqini aparmaq
Risk nəzarət matrisini (RCM) hazırlamaq və dövri olaraq yenilənmək
Risk və insidentlər üzrə məlumatların keyfiyyətini yoxlamaq
Əsas risk göstəricilərini hazırlamaq və monitorinq etmək
Yeni xidmət, fəaliyyət, layihə və sistemlər üzrə riskləri müəyyən etmək, ölçmək və monitorinqini aparmaq
Riskə cavab strategiyalarına uyğun müəyyən edilmiş tədbirlər planının icrasına nəzarəti həyata keçirmək
Ümumi risk profilinin hazırlanmasında iştirak etmək
Biznes davamlılıq üzrə risk qiymətləndirmələrini həyata keçirmək
Kritik proses, xidmət və sistemlərin təyin edilməsi və dövri biznes təsiri təhlilinin aparılmasınında iştirak etmək
Risk maarifləndirmə təlimlərini keçirmək
Risk hesabatlarını hazırlamaq
Birbaşa rəhbər tərəfindən müəyyən edilən digər funksiyaları həyata keçirmək
Xüsusi tələblər
Risklərin idarə edilməsi, iqtisadiyyat, biznes, maliyyə, riyaziyyat, statistika və oxşar sahələr üzrə bakalavr dərəcəsi;
Risklərin idarə edilməsi istiqaməti üzrə ən azı 4 il iş təcrübəsi;
Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
Peşəkar səviyyədə “MS Office” proqramlarından istifadə bacarığı
Böyük məlumatların təhlili bacarığı
Riyazi-statistik metodlar, risklərin idarə edilməsi, biznes davamlılığının idarə edilməsi haqqında beynəlxalq standart və təlimatlar üzrə hərtərəfli biliklər
Risklərin idarə edilməsi çərçivələri, prinsipləri, metodologiyaları və alətləri istiqamətində hərtərəfli biliklər
Proqnozlaşdırma və makrotəhlil bacarıqları
Analitik düşüncə, davamlı öyrənmə istəyi, dəyişikliklərə çevik uyğunlaşma, rəqəmsal savadlılıq, yeni texnologiyalara uyğunlaşmaq bacarığı
İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə beynəlxalq standartlara dair ətraflı biliklər, modelləşdirmə üzrə dərin təcrübə, kross-funksional təcrübə üstünlükdür.