İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

News

İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Standartın ölkədə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə  o cümlədən,  insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq. 

Yeni dövlət standartı iş yerində insan hüquqlarının prinsiplərini rəhbər tutur və insan kapitalı məlumatlarının toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə rəhbər qaydaları müəyyən edir. 

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Telegram kanalımız