
30.06.2025
Azərbaycanda növbəti 4 günlük tətil bu tarixdə olacaq
Azərbaycanda növbəti qeyri-iş günü noyabr ayında olacaq.
8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.
Noyabrın 8-i şənbə gününə, 9-u isə bazar gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 10-u və 11-i də qeyri-iş günü olacaq.
Beləliklə, noyabrda ardıcıl 4 gün – 8,9,10 və 11-də iş olmayacaq.