Elm və Təhsil Nazirliyi: 743 müəllimin əmək müqaviləsinə xitam verilib

News

Elm və Təhsil Nazirliyi: 743 müəllimin əmək müqaviləsinə xitam verilib

Təkrar sertifikatlaşdırmadan keçə bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, sertifikatlaşdırma prosesi 2022-ci ildə keçirilib və ondan keçə bilməyən müəllimlər bu il avqustun 29-da təkrar imtahana cəlb olunublar.

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1939 müəllim iştirak edib. Onlardan 1334-ü keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.

İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən 606-ı təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 müəllim isə imtahanda iştirak etməyib.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb

Telegram kanalımız