SOCAR-ın törəmə şirkəti yaradıldı

News

SOCAR-ın törəmə şirkəti yaradıldı

Dövlət Neft Şirkətinin (SOCAR) yeni törəmə şirkət təsis edib.

Banker.az xəbər verir ki, bu, “SOCAR Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 4 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

“SOCAR Projects İnternational” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73 qeydiyyata alınmaqla 1 000 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin qanuni təmsilçisi Fərid Hacıyev Məzahir oğludur.

F.Hacıyev Vergilər Nazirliyində çalışıb.

Telegram kanalımız