Direktor əvəzi: Bakı Dövlət Sirkində boş iş yerləri var, gənclər müraciət edə bilərlər

News

Direktor əvəzi: Bakı Dövlət Sirkində boş iş yerləri var, gənclər müraciət edə bilərlər

Özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər

Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olub. AZƏRTAC sirkin hazırkı durumunu, yeni mövsümə hazırlığını, qarşıdakı planlarını öyrənmək üçün direktor əvəzi Nahid Ağayevlə görüşüb, ondan geniş müsahibə alıb. Müsahibədə Bakı Dövlət Sirkində işlə bağlı sualada cavab verilib.


-Təəssüflər olsun ki, Azərbaycanda sirk sahəsində mütəxəssislər yetişdirən təhsil müəssisəsi yoxdur. Belə müəssisələr sovetlər dönəmində keçmiş SSRİ-nin bir sıra şəhərlərində olub. Bizdə əsasən sirk sahəsinə yeniyetmələr, gənclər gəlirlər. Dəfələrlə işə qəbulla bağlı müsabiqələr elan etmişik və nəticədə bəzi yeniyetmələr sirkə cəlb olunub. Bunlar əsasən idmançılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olur. Bizim özümüzdə məktəb olmasa da peşəkar sirk ustaları gəncləri əsl mütəxəssis kimi yetişdirə bilir. Hazırda sirkdə boş iş yerləri var. Fürsətdən istifadə edib bir daha gənclərə müraciət edirəm - özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər.


Telegram kanalımız