“PMD Hospitality”də təyinat olub

News

“PMD Hospitality”də təyinat olub

Azərbaycanda hotel və turizm aktivlərini idarə edən “PMD Hospitality” MMC-də təyinat olub.


Banker.az xəbər verir ki, şirkətin portfelində olan “Göygöl Lake Resort” və “Gashaltı Health Hotel”in baş meneceri dəyişib.


Rəşad Veyisov Səttar oğlu qeyd edilən iki hotelin (eləcə də şirkətlərin) rəhbəri təyin edilib.


O bu vəzifədə Anar İbrahimov Əhmədiyə oğlunu əvəz edib.


R.Veyisov bundan öncə “PMD Hospitality”nin Əməliyyat meneceri idi.

Telegram kanalımız