AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir

News

AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (AQTİ) Tovuz rayonunda qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik və bioloq ixtisaslarına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər. 

Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini 10.12.2023-cü il tarixinədək mövzu yerinə "AQTİ – Tovuz" yazaraq, [email protected] e-poçt ünvanına göndərə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.

Telegram kanalımız