İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir

News

İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir

İsveçin sosial-demokrat partiyası (Socialdemokraternа) 2026-cı il seçki kampaniyası çərçivəsində hazırlanan təkliflər paketinə iş vaxtının azaldılması məsələsini daxil edib.

Bəzi tədqiqatların nəticələrinə görə, iş saatlarının azaldılması əməkdaşların enerjisinin bərpa olunmasını artırır, eyni zamanda, əmək və ailə həyatı arasında balansı yaxşılaşdırır.

İsveçdə 40 saatlıq iş həftəsinin tətbiq olunmasından 40 ilə yaxın vaxt keçib. Sosial-demokrat partiyasının üzvü Annika Strandhall vurğulayıb ki, pandemiyadan sonra baş verən hadisələr əmək şəraitinin dəyişdirilməsinin mümkün olacağını göstərib, amma bu, bütün peşələrə şamil olunmur.

Annika Strandhall deyib: “Biz bir neçə fərqli modeli nəzərdən keçirmişik, amma iş saatlarının nə qədər ixtisar edilməsi məsələsində hələ də nəticə əldə edə bilməmişik. Bu ideyanın irəli sürülməsi bir çox sahələrdə işçi qüvvəsinin çatışmadığı şəraitə təsadüf edib. Son dörd il ərzində stres səbəbindən əvvəllər olduğundan 50 faiz daha çox insan xəstəxanaya yerləşdirilib”.

Sözügedən məsələ üzrə konkret siyasi təkliflər 2024-cü ilin aprelində təqdim ediləcək.

Telegram kanalımız